AZ

Goranboyda 70 yaşlı piyadanı maşın vurub

Goranboyda piydanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə Goranboy-Tərtər avtomobil yolunun  rayonun Yeniyol kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü  Ə.Mərdanov idarə etdiyi "Mercedes" markalı  avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada Yeniyol kənd sakini, 1955 -ci  il təvəllüdlü N.Aslanovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. 
Faktla bağlı araşdırma aparılır.

Seçilən
59
6
avtosfer.az

10Mənbələr