I Liqada ilk mövsümünü arxada qoyan «Cəbrayıl» baş məşqçisi ilə vidalaşıb.
Ötən ilin noyabrında komandanın sükanı arxasına keçmiş Əli Muradov vəzifəsindən ayrılıb.
«A» kateqoriyalı mütəxəssis digər işləriylə əlaqədar Qarabağa aid rayonun təmsilçisi ilə vidalaşıb.
Çempionatın debütantı sezonu 8-ci pillədə başa vurub. Əli Muradov gələnə kimi kollektivin başında Cavid Hüseynov dayanıb.
SPORTİNFO.AZ