Azərbaycanlı hücumçu Orxan Əliyev Qırğızıstan Premyer Liqasında uğurlu debüt edib.
Sportinfo.az xəbər verir ki, onun komandası “Ozgon” səfərdə Bişkekin “Asiagoal” ın qonağı olub.
14-cü tur çərçivəsində keçirilən matç Orxan qol hesabını açı. Oyun Əliyevin komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda "Ozgon" turnir cədvəlində 19 xalla 6-cı yerdə qərarlaşıb.