AZ

Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO

Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində məsciddə dəhşətli qətl hadisəsi baş verib.




Referans Bakupost-a istinadən xəbər verir ki, hadisə bu gün saat 16 radələrində dindarların gecələməsi üçün nəzərdə tutulan otaqda qeydə alınıb.



1990-cı il təvəllüdlü Səfərov Nadir Səfər oğlu yatdığı zaman kəsici-deşici alətlə qətlə yetirilib.


Ona 30-a yaxın bıçaq zərbəsi vurulub.


Əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Məmmədov Elvin Elşad oğlunu saxlayıblar.


Məlumata görə, qətlə yetirilənin qəsəbədə hörmətli şəxs olduğu bildirilir.


Qətli törədən şəxs isə Vətən müharibəsi iştirakçısı, qazidir.


Faktla bağlı araşdırma aparılır.


Bakupost.az

Seçilən
50
8
referans.az

9Mənbələr