AZ

Vətənində hücuma məruz qaldı

“Əl-Əhli”nin (Səudiyyə Ərəbistanı) futbolçusu İvan Touni vətəni İngiltərədə xoşagəlməz hadisə ilə üzləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə öz sosial şəbəkə hesablarında məlumat yayıb.

Naməlum şəxslər İngiltərə millisinin üzvünün avtomobilinə ziyan vurublar: maşının şüşələri sındırılıb. Futbolçu sosial şəbəkə hesablarında maşınının fotosunu paylaşıb.

Hadisə bağlı yayılan ilkin xəbələrdə avtomobildən nəyinsə oğurlanıb-oğurlanmadığına aydınlıq gətirilmir.

Seçilən
58
football-plus.az

1Mənbələr