AZ

Starmer Trampla Qəzzadakı vəziyyəti müzakirə edəcək

Böyük Britaniyanın Baş Naziri Kir Starmerin sabah Şotlandiyada ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Qəzzadakı vəziyyəti gündəmə gətirəcəyi gözlənilir.

Operativ Media xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Kir Starmerin bölgədəki tərəfdaşlarla atəşkəs əldə etmək üçün ABŞ-nin səylərini alqışlayacağı və təcili atəşkəsin təmin edilməsi, Qəzzadadı vəziyyətin sona çatdırılması üçün daha nələr edilə biləcəyini müzakirə edəcəyi ehtimal olunur.

Hər iki liderin həmçinin ticarət məsələlərini və Ukraynadakı müharibəyə son qoyulmasını müzakirə edəcəyi gözlənilir.

Seçilən
20
operativmedia.az

1Mənbələr