AZ

Okan Burukdan “Real”ın qapıçısı haqda açıqlama

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qalatasaray”ln baş məşqçisi Okan Buruk ilk dəfə “Real”ın ukraynalı qapıçısı Andrey Luninin kluba mümkün transferi barədə danışıb. 

QOL.az xəbər verir ki, bu barədə ona jurnalistlər sual verib.

“Biz Luninlə heç bir danışıqlar aparmamışıq. Çoxlu alternativlər var, bəlkə də daha çox olacaq. Biz bunu mümkün qədər tez yekunlaşdırmaq istəyirik və hazırda bunun üzərində işləyirik”, – deyə Buruk bildirib.

Daha əvvəl bildirilmişdi ki, Lunin “Realə kifayət qədər oyun şansı qazanmadığı üçün İstanbul klubuna keçə bilər.

Xatırladaq ki, bu mövsüm öncəsi “Qalatasaray”ı təcrübəli qapıçı və kapitan Fernando Muslera tərk edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
qol.az

2Mənbələr