AZ

İsrail bu yolla Qəzzaya humanitar yardım göndərdi

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağına havadan humanitar yüklərin daşınmasını bərpa edib. Anklav ərazisinə 7 konteyner ərzaq (un, şəkər, konservlər) atılıb.

"Ölkə.az" xəbər verir ki, Fələstin mənbələri "Reuters" agentliyinə paketlərin Qəzzanın şimalına çatdırıldığını təsdiqləyib

Verilən məlumata görə, əməliyyat İsrail Müdafiə Nazirliyinin rəhbərliyi altında beynəlxalq təşkilatlarla razılaşdırılaraq həyata keçirilib.

İsrail hərbçiləri yardıma baxmayaraq, zolaqda döyüşlərin dayanmadığını və bütün girovlar qaytarılana və HƏMAS məğlub olana qədər davam edəcəyini vurğulayıb.

Humanitar təşkilatların məlumatına görə, hazırda Zolağın 2,2 milyon sakini kəskin aclıqdan əziyyət çəkir. İsrail rəsmiləri bu təxminləri inkar edir. Ərzaq paylanmasına görə məsuliyyət BMT və beynəlxalq humanitar təşkilatların üzərinə düşür. IDF bildirib ki, onların paylanmanın səmərəliliyini artıracağı gözlənilir.

Xatırladaq ki, İsrail mart ayında yüklərin böyük hissəsinin HƏMAS yaraqlıları tərəfindən ələ keçirilməsini əsas gətirərək Qəzzaya yardımın çatdırılmasını dayandırmışdı. May ayında tədarüklər bərpa edildi, lakin Aİ nümayəndələri İsrailin zolağın əhalisinə kömək etmək üçün kifayət qədər səy göstərmədiyini söyləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
3
olke.az

4Mənbələr