AZ

“Karvan” son üç ildə “Karvan Yevlax” imiş?

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Peşəkar Futbol Liqası iyulun 18-də Misli premier-liqasının yeni mövsümünün püşkatma mərasimini keçirdi. Maraqlıdı ki, indiyə qədər “Karvan” kimi tanıdığımz komandanın adı rəsmi sənədlərdə və səsləndirmədə “Karvan-Yevlax” kimi təqdim olundu. Klub rəsmisi Bəhruz Musayev isə qəzetimizə açıqlamasında artıq üç ildi klubun adının dəyişdirildiyini dedi. Bəs PFL bu məsələyə necə baxır: “Karvan” son üç ildə “Karvan-Yevlax” imişsə, niyə bu məqam qurumun gözündən qaçıb? Media və marketinq direktoru Sənan Abdullayevin fikri:

“Yevlax təmsilçisinin nizamnamədəki adı “Karvan-Yevlax”dı. Püşkatma mərasimində, eləcə də çempionatla bağlı bütün başqa sənədlərdə də “Karvan-Yevlax” klubu kimi əksini tapacaq. 1-ci liqada oynayan komanda da “Karvan-Yevlax” olub”.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
1
icma.az

2Mənbələr