ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzVision.az xəbər verir ki, ABŞ-nin Dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində belə deyib. “Düşünürəm ki, Cey Di Vens əla namizəd olardı”, - növbəti prezident seçkiləri ilə bağlı planları barədə sualın cavabında Marko Rubio vurğulayıb. May ayında Ağ Evin hazırkı rəhbərinin oğlu, kiçik Donald Trampın Respublikaçılar Partiyasından 2028-ci ildə ABŞ prezidentliyinə namizəd ola biləcəyi barədə məlumat yayılmışdı.
ABŞ-Çin münasibətləri necə olmalıdır? | VİDEO
Mümkün namziədlər arasında, həmçinin vitse-prezident Cey Di Vensin, Dövlət katibi Marko Rubionun, Daxili Təhlükəsizlik naziri Kristi Noemin və üç qubernatorun - Ron DeSantis (Florida), Qlenn Yanqkin (Virciniya) və Brayan Kemp (Corciya) da adlara var.
Lakin aprel ayında Cey Di Vens 2028-ci il seçkilərində ABŞ prezidentliyinə mümkün namizədliyini hələlik nəzərdən keçirmədiyini açıqlamışdı. Xatırladaq ki, bundan əvvəl ABŞ-nin Dövlət katibi Marko Rubio Vaşinqtonun Pekinlə hörmətcil münasibətlər qurmaq istədiyini bildirib. Sahil İsgəndərov
AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.