Dogru.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Doğru.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti iyulun 27-si saat 9:00-a olan faktiki hava şəraitini açıqlayıb. Məlumata görə, bəzi bölgələrdə arabir leysan xarakterli yağış müşahidə olunub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 4 mm, Qax, Zaqatala, İsmayıllı, Şamaxı, Quba, Xaltan və Şahdağda isə 1 mm təşkil edib.
Ölkə ərazisində şərq küləyi əsib. Küləyin maksimal sürəti Naftalanda 20 m/s, Culfada isə 17 m/s-dək güclənib.
İyulun 26-da qeydə alınan maksimal temperatur Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan Muxtar Respublikasında 36, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 28 dərəcəyə çatıb.
DOĞRU.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.