AZ

Rusiya üçün xüsusi gün: Putin şəxsən nəzarət edəcək

“Rusiya Prezidenti Vladimir Putin Donanma Günündə Sankt-Peterburqda olacaq. O, burada dəniz təlimlərinə nəzarət edəcək və admirallardan hesabatlar alacaq”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Dəniz Qüvvələri Gününə təsadüf edən dəniz təlimləri keçiriləcək. Putin təlim atışlarının bir hissəsini izləyəcək və hərbi rəhbərlərimizlə danışacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiyada Hərbi Dəniz Qüvvələri Günü 1939-cu ildən iyulun son bazar günü qeyd edilir.

2017-ci ildən Putinin fərmanı ilə bu bayram şərəfinə Sankt-Peterburqda Baş Dəniz Paradı keçirilir. Bu il təhlükəsizlik məqsədi ilə gəmilərin və yardımçı gəmilərin təntənəli keçidi ləğv edilib.

Globalinfo.az

Seçilən
95
1
editor.az

2Mənbələr