AZ

Azərbaycanlı futbolçu Qırğızıstan klubuna keçiddən imtina edib - SƏBƏB

Azərbaycanlı futbolçu Elmir Tağıyevin Qırğızıstan klubuna transferi son anda baş tutmayıb.

İdman.biz İdmanxeber.az-a istinadən xəbər verir ki, “Dordoy” klubu ilə danışıq aparmaq üçün Bişkekə yollanan oyunçu müqavilə imzalamaqdan imtina edib.

Buna səbəb klubdakı şəraitin yaxşı olmaması olub. Şərtlərlə razılaşmayan futbolçu yenidən Azərbaycana qayıdıb.

Qeyd edək ki, Tağıyev ötən mövsümü “Kəpəz”də keçirib.

İdman.biz

Seçilən
65
1
idman.biz

3Mənbələr