Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev bu gün İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini ilə telefon danışığı aparıb.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, o, bir qrup iranlının, xüsusilə də bu ölkənin hərbi komandan və alimlərinin şəhadəti ilə bağlı başsağlığı verərək, sionist rejimin İslam Respublikası ərazisinə hücumunu pisləyib.
Telefon söhbəti zamanı tərəflər ikitərəfli münasibətlərin səviyyəsinin yaxşılaşdığını və iki ölkə prezidentləri arasında əldə olunan razılaşmaların həyata keçirilməsinin sürətləndirilməsini vurğulayıblarlar. Toyuqlu pizza
Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Azərbaycana səfəri ilə bağlı razılaşmaların davam etdirilməsi, o cümlədən Azərbaycan Respublikasında təhsil alan iranlı tələbələrin probleminin həlli qərara alınıb.
Telegram kanalımız