AZ

Britaniyada qanunsuz mühacirlərə qarşı ETİRAZLAR

Böyük Britaniyada qanunsuz miqrantların otellərdə yerləşdirilməsi praktikasına qarşı etirazlar daha da genişlənib.

Demokrat.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.

Məlumata görə, iyulun 26-da İngiltərənin şərqindəki Norviç şəhərində etiraz aksiyaları keçirilib. Əllərində Britaniya bayraqları olan yüzlərlə insan qanunsuz miqrantların qaldığı otellərdən birinin qarşısına toplaşaraq, onun bağlanmasını tələb ediblər.

Oxşar etirazlar Lids, Nottinqemşir və Sauthemptonda (Hampşir) də keçirilib. Bildirilir ki, bəzi hallarda miqrantları müdafiə edən qruplar etirazçılara yaxınlaşmağa çalışsalar da, polis toqquşmaların qarşısını almaq üçün onları kənara çəkib.

İyulun 27-də ölkənin cənubunda Bornmut (Dorset) və Sauthempton, Satton-in-Eşfild (Nottinqemşir), Vulverhempton (Qərbi Midlends), Oltrinqem (Böyük Mançester) və Epping (Esseks) şəhərlərində yeni etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.

Seçilən
54
7
demokrat.az

8Mənbələr