Rusiyada “görünməz” dron hazırlanır
Ajans.az xəbər verir ki, “Defense Express” nəşrinin yazdığına görə, bu barədə Rusiyanın “Spektr” konstruktor bürosu məlumat verib və qeyd edib ki, dron stels texnologiyaları tətbiq olunmaqla hazırlanacaq — yəni xüsusi polimer örtükdən istifadə olunacaq. Bürodan bildirilib ki, təxliyə üçün nəzərdə tutulan bu dron xüsusi olaraq hazırlanıb. Lakin ekspertlərin fikrincə, bu bəyanatlarda müəyyən anlaşılmazlıq yaradan məqam var.