Bakı. Trend:
Türkiyənin Bursa, Uşak, Karabük və Kahramanmaraş olmaqla, dördvilayətdə meşə yanğınları ilə mübarizə davam edir.
Trend xəbər verir ki, ölkəüzrə baş verən son yanğınlarla bağlı Türkiyənin kənd və meşətəsərrüfatı naziri İbrahim Yumaklı açıqlama verib.
Bildirilib ki, Bursadakı yanğınının şiddəti qismən azalıb.Orhanelidə yanğınlara müdaxilə edən işçilərdən biri ürək tutmasınəticəsində həyatını itirib.
Nazir, dünən ölkə üzrə ümumilikdə 84 yanğınla mübarizəapardıqlarını və 4 şəhərdə 5 alovun nəzarət altına alındığınıdeyib. Bu yanğınlardan 36-ı meşəlik ərazilərdə baş verib.
Yumaklı, oktyabrın 15-dək bütün vətəndaşların ehtiyatlıolmalarının vacibliyini vurğulayıb.