Tovuzda ötən ay qardaşı tərəfindən baltalanan qadın xəstəxanada ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, ağır xəsarətlər alan 25 yaşlı A.Namazaova Bakı şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə iyun ayının 6 da Tovuz şəhərində baş verib.
Belə ki, Tovuz şəhər sakini ruhi-əsəb xəstəsi, 31 yaşlı Kainat Namazov bacısı 25 yaşlı A. Namazovaya və anası 55 yaşlı Sevinc Həsənovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və daha sonra yaşadıqları evi yandırıb.