"Allah mənə nəyi nəsib etdisə, rəva bildisə, harada, hansı məqamda görmək istədisə, həmin məqamdayam".
Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Səkinə İsmayılova deyib.
O bildirib: Əgər ailəni, ətrafını düşünürsənsə, "olmaz"lar olmalıdır. İnsan özü üçün yaşaya bilməz. Bu, sənə hörmət gətirə bilməz. Xalqım məni bir Azərbaycan qadını necə olursa, o cür görmək istəyirsə və mən muğam sənətindəyəmsə, bu qadağalar olmalıdır. Geyimimə fikir verməliyəm. Əlimdə tutduğum qavalın dəyərinə görə nə gəldi geyinə bilmərəm. O geyimin içində muğam oxuya bilmərəm". Dominos pizza
Telegram kanalımız