AZ

"Karvan" klubu növbəti transferini açıqlayıb

2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında oynayacaq "Karvan" klubu növbəti transferini həyata keçirib.

90deqiqe.Az Yevlax təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şri Lanka millisinin üzvü Samuel Durrant ilə 1 illik müqavilə imzalanıb.

Yarımmüdafiəçi karyerasına İngiltərənin “Liverpul” klubunda başlayıb. Daha sonra “Blakbörn” (İngiltərə), “Dundalk” (İrlandiya) və “Connahs Quay” (Uels) klublarında forma geyinib.

23 yaşlı oyunçu Şri Lanka millisində 7 oyun keçirib.

Seçilən
94
10
90deqiqe.az

10Mənbələr