AZ

Torpaqlarımız azad olunandan sonra bir İLK

Azərbaycan torpaqları Ermənistanın işğalından azad olunduqdan sonra ilk dəfə keçmiş məcburi köçkünlərin məzarları doğma yurdlarına köçürülərək orada dəfn olunub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Abbasov Mətləb Ziyad oğlu və onun övladı Abbasov İman Mətləb oğlunun məzarları Laçın rayonunun Mişni kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ləman Həsənova bildirib ki, onun atası Mətləb Abbasovun arzusu doğulduğu kənddə dəfn olunmaq olub:

"Atam, Abbasov Mətləb Ziyad oğlu 1960-cı ildə Laçın rayon Laçın rayon Mişni kəndində anadan olub. 1992-ci ildə Ermənistan Silahlı qüvvələri Azərbaycan torpalarını işğal etməyə başlayanda torpaqların müdafiəsinə qalxıb. Yaralanmışdı, 2-ci qrup Qarabağ əlili idi. Laçın rayonu ermənilərin nəzarətinə keçəndə mən və qardaşım körpə idik. Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisində məskunlaşdıq. Atam bizi böyük zəhmətlə böyüdüb.

Qardaşım, 1990-cı il təvəllüdlü Abbasov İman Mətləb oğlu polis sıralarında işləyirdi. Vətən müharibəsi zamanı da xidməti böyük olub. Torpaqlarımız düşməndən azad olunduqdan sonra isə İman polis serjantı kimi, Laçın rayon ərazisində xidmətini davam etdirdi. İman 2022-ci ildə xidməti zamanı həyatının itirdi”.

L.Həsənova onu da qeyd edib ki, aparılan araşdırmaların nəticəsi kimi ailəyə məlumat verilib ki, polis serjantı İman Abbasov rayonun Sus kəndi ərazisində silahla ehtiyatsız davranma səbəbindən həyatını itirib:

"Bu xəbər səhətində problem olan atamın necə deyərlər qəddini əydi. Xəstəliyi daha da artdı. Oğlu İmandan iki il sonra o da haqqın dərgahına ucaldı.

Atam ömrünün son günlərində bizi toplayıb son arzusunu vəsiyyət elədi. Dedi məni oğlum ilə birlikdə öz dədə-baba torpağında Laçının Mişni kəndində dəfn edin. Lakin bu həmin vaxt mümkün olmadı. Amma bu gün adiyyatı qurumların köməkliyi ilə atamın və qardaşımın nəşi Ağcabədidən Laçına köçürüldü".

Seçilən
15
2
publika.az

3Mənbələr