AZ

"Barselona" və "Tottenhem" "Arsenal"ın hücumçusu üçün mübarizə aparır

“Arsenal”ın hücumçusu Qabriel Xesusa bir neçə Avropa nəhəngi maraq göstərir.

90deqiqe.Az-ın “Caught Offside”yə istinadən verdiyi məlumata görə, braziliyalı futbolçu ilə “Barselona”, “Tottenhem”, “Milan” və “Nyukasl” klubları maraqlanır.

Mənbənin yazdığına görə, “Barselona” 36 yaşlı Robert Levandovskinin potensial əvəzləyicisi kimi 28 yaşlı futbolçunu nəzərdən keçirir. “Tottenhem” isə Cənubi koreyalı Hın-Min Son və braziliyalı Riçarlisonun klubu tərk edə biləcəyi ehtimalına görə hücum xəttinə gücləndirmə axtarır və bu baxımdan Jezusa maraq göstərir.

Hazırda bu klublardan heç biri “Arsenal”a rəsmi təklif göndərməyib. Danışıqlar, futbolçunun yanvarda qopmuş diz çarpaz bağları ilə bağlı sağlamlıq vəziyyəti dəqiqləşdikdən sonra başlaya bilər.

Qeyd edək ki, Qabriel Xesus ötən mövsüm bütün turnirlərdə 27 oyuna çıxıb, 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Arsenal”la olan müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı futbolçunun bazar dəyərini 32 milyon avro olaraq qiymətləndirir.

Seçilən
52
90deqiqe.az

1Mənbələr