Demokrat.az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.
"MTK-lar öz provayderlərini yaradırlar"
Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilovun sözlərinə görə, burada iki nəzərə alınmalı məqam var: "Hansı ki, bəzi binalar çoxdan təhvil verilib. Onlar inşa olunan dövrdə fiber optik kabellər yox idi. Provayderlərin də sayı həmin dövrdə çox az idi. Son dövrlərdə isə onların sayı xeyli artıb. Bu isə bazarda ciddi rəqabətə gətirib çıxarır. Rəqabət o qədər güclüdür ki, binalara, komendantlığa pulsuz internet təklif edirlər. O zaman seçim başlayır. Bəzi hallarda MTK-lar həm də provayder yaradırlar. Yəni binalarında özlərinə aid, yaxud yaxın olan şirkətlərə icazə verirlər. Tikinti şirkətlərinin çox az hissəsi provayderlərə azadlıq verir".
F.Xəlilovun fikrincə, bu vəziyyətə səbəb qanundakı boşluqlardır: "MTK-lar haqqında qanuna görə, tikinti bitdikdən sonra onların fəaliyyəti dayanmalıdır. Sakinlər özləri xidmət göstərən şirkət yaratmalıdırlar. Bu halda provayderlərini də özləri seçirlər. Amma əksər hallarda MTK-lar tikintidən sonra da fəaliyyətlərini davam etdirirlər. Onların da çox az hissəsi tenderlə ən güclü provayderi seçir. Əksəriyyəti maraqları olan şirkətlərlə işləyirlər".
"Maksimum qənaət etmək istəyirlər"
İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımovun sözlərinə görə, tikinti şirkətləri bina tikərkən maksimum qənaət etmək istəyirlər. O səbəbdən də daha aşağıkeyfiyyətli kabellər quraşdırırlar: "Onların məqsədi yüksəkkeyfiyyətli internet vermək deyil. Çünki bilirlər ki, onlar hansı şəbəkəni istəsə, həmin provayder fəaliyyət göstərəcək. Tikinti şirkətləri monopolist yanaşma aparırlar. İstifadəçi şikayət etsə belə, heç nə edə bilməyəcək".
F.Kazımovun fikrincə, MTK-ların aldığı avadanlıqlar olduqca məhduddur. O səbəbdən də onlarla güclü internet şəbəkəsi əldə etmək mümkün deyil: "Məsələn, Böyük Britaniyada bir neçə il öncə evlərə çəkilən internetdə maksimal hədd 500 meqabit idi. Amma hazırda 1600-dür. Bizdə isə provayderlər texniki cəhətdən inkişaf etsə də, binada həmin interneti qəbul edəcək avadanlıq yoxdursa, sürətli internet vermək mümkünsüz olur. Sakinlərin isə seçimi yoxdur. MTK-ların yaratdığı provayder xidmətləri də çox zəif olur. Hansısa fəsad olduqda, təmir edəcək mütəxəssisləri yoxdur. İri provayderlər isə daha yüksək səviyyədə xidmət təqdim edirlər".
"Bu zaman MTK-lar məcbur qaydalara riayət edəcək"
Fərid Kazımov bildirdi ki, əksər dünya ölkələrində bu xidmətlər qurumlar tərəfindən həyata keçirilir: "Ölkəmizdə bu məsələlər tam olaraq tənzimlənmir. Əslində aidiyyəti orqanlar tərəfindən xüsusi qaydalar təsdiqlənməlidir. Çünki tələblər dəyişir. Tələb olmalıdır ki, müasir kabellər çəkilsin. Böyük Britaniyada heç bir tikinti şirkəti özü kabeli çəkmir. Xüsusi şəbəkəyə, internetə aid qurumlar var. Həmin qurum internet kabeli çəkilməsini həyata keçirir. Provayder də gəlib həmin şəbəkəyə öz avadanlığını quraşdırır. Yəni texniki olaraq heç bir provayder gəlib özbaşınalıq edə bilmir. Bu səbəbdən mövcud durum tənzimlənməli, reqlamentləşməlidir. Bu zaman MTK-lar məcbur olub qaydalara riayət edəcək".
"Komendantlar pul istəyirlər"
İnşaat və əmlak məsələləri üzrə ekspert Elnur Azadovun fikrincə, provayderlərin çox olması yaxşı haldır. Amma onların çoxluğu bəzi özbaşınalıqlara da yol açır: "Provayderlərin köhnə binalara daxil olması, orada müəyyən xətlər çəkməsi şəffaf şəkildə aparılmır. Binalarda maksimum iki ya üç provayder olur, onlar da böyük və tanınmış şirkətlərdir. Yenitikili binalarda isə provayderlər sərbəst şəkildə xidmətlərini təqdim edə bilmirlər. Çünki komendantlar binaya hansısa provayder daxil olmaq istədikdə onlardan müəyyən pul tələb edirlər".
10Mənbələr
-
fed.azMTK-larla provayderlər arasında qarşıdurma: Zəif internetin səbəbi AÇIQLANDI ( 19769264)
-
konkret.azMTK larla provayderlər arasında QARŞIDURMA: Zəif internetin səbəbi AÇIQLANDI KONKRET ( 19763237)
-
turkustan.azMTK-larla provayderlər arasında QARŞIDURMA: Zəif internetin səbəbi AÇIQLANDI ( 19761365)
-
konkret.azMTK-larla provayderlər arasında QARŞIDURMA: Zəif internetin səbəbi AÇIQLANDI ( 19761266)
-
pravda.azMTK-larla provayderlər arasında QARŞIDURMA: Zəif internetin səbəbi AÇIQLANDI ( 19761167)
-
far.azMTK-larla provayderlər arasında QARŞIDURMA: Zəif internetin səbəbi AÇIQLANDI ( 19757579)
-
valyuta.azMTK-larla provayderlər arasında qarşıdurma: Zəif internetin səbəbi AÇIQLANDIB ( 19757324)
-
demokrat.azMTK-larla provayderlər arasında QARŞIDURMA: Zəif internetin səbəbi AÇIQLANDI ( 19757309)
-
bizim.mediaMTK-larla provayderlər arasında QARŞIDURMA: Zəif internetin səbəbi AÇIQLANDI ( 19756991)
-
www.bakupost.azMTK larla provayderlər arasında rüşvət QALMAQALI ( 19740182)