ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Venesuela prezidenti Nikolas Maduro narkotik kartelinə rəhbərlik edir.
Redaktor.az xəbər verir ki, o, bu barədə "X"də yazıb.
"Maduro ölkəni zəbt etmiş narkotik-terror təşkilatı olan Los Soles kartelinin rəhbəridir. O, ABŞ-yə narkotik tədarük etməkdə ittiham olunur".
Xatırladaq ki, Prezident Co Baydenin başçılıq etdiyi əvvəlki ABŞ administrasiyası Maduronun qalib gəldiyi 28 iyul 2024-cü il prezident seçkilərinin nəticələrini tanımayıb və seçkilərdə rəqibi, müxalifət lideri Edmundo Qonzalesi Venesuelanın seçilmiş prezidenti elan edib. Maduro yanvarın 10-da vəzifəyə başlamazdan əvvəl Bayden Qonzaleslə görüşüb və onu seçilmiş dövlət başçısı elan edib.
Turan İSMAYIL