Bakı. Trend:
22-26 iyul tarixlərində Portuqaliyanın paytaxtı Lissabonşəhərində “5th World Gym for Life Challenge”i keçirilib.
Trend xəbər verir ki, bumöhtəşəm festivalda 33 ölkədən 3700-dən çox gimnast iştirak edib.Tədbir gimnastikanın yalnız idman deyil, həm də sənət və birliyəçağırış olduğunu bir daha nümayiş etdirib.
Ölkəmizi bu yarışda "Gimnastika hamı üçün" növü üzrə təmsil edənmilli komandamız da uğurlu çıxışı ilə fərqlənib. Müxtəlif yaş vəbacarıq səviyyəsinə malik üzvlərdən ibarət olan “Flame” komandasıkreativ xoreoqrafiyası, səhnə estetikası və yüksək komanda ruhu iləmünsiflərin diqqətini cəlb edib və yarışmanın ikinci yerinə layiqgörülüb.