Ukrayna avqustun sonuna qədər yüksək səviyyəli görüş keçirmək təklifinə Rusiyanın cavabını gözləyir.
Operativ Media xəbər verir ki, bu bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib.
Qeyd olunur ki, Ukrayna lideri fransız həmkarına İstanbulda Rusiya tərəfi ilə danışıqların üçüncü raundunun nəticələri, xüsusən də yeni əsir mübadiləsi ilə bağlı əldə olunan razılıq barədə məlumat verib.
"Ukrayna avqustun sonuna qədər sammitin keçirilməsi təklifinə Rusiyanın cavabını gözləyir. Ukrayna və Fransanın ortaq mövqeyi var: Danışıqlarda Avropanın nümayəndələri iştirak etməlidir", - bəyanatda deyilir.