Rusiya iqtisadiyyatı beynəlxalq sanksiyalar fonunda sabit qalaraq bir çoxlarını təəccübləndirib, lakin üç illik müharibə və Qərb məhdudiyyətlərindən sonra indi çoxsaylı ciddi problemlər özünü göstərir.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
"İki trilyon dollarlıq iqtisadiyyatda çatlar artıq tam aydın görünür. Moskva "yağ əvəzinə silah seçir": dövlətin bütün resursları müharibəyə yönəldiyi halda, mülki iqtisadiyyat tədricən məhv olur. Bu dinamika bu həftə bir daha özünü göstərdi: Putin ballistik raketlərlə təchiz olunmuş yeni atom sualtı qayığının bayraqqaldırma mərasimində iştirak etdiyi vaxt avtomobil satışlarının 30% azalması xəbərləri yayıldı.
İqtisadiyyatın daha da “soyuması”ndan ehtiyat edən Rusiya Mərkəzi Bankı faiz dərəcəsini təxminən 2% aşağı salmaq qərarına gəlib. Yəni yüksək inflyasiya və iqtisadi tənəzzül arasında seçim edən Mərkəzi Bank birinci varianta üstünlük verib”, - agentlik qeyd edib.