Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı Fransanın Fələstini dövlət kimi tanımaq niyyətini alqışlayıb.
Publika.az xəbər verir ki, Ərdoğan bu qərara görə Makronu təbrik edib. Dövlət başçıları Qəzzadakı vəziyyəti də müzakirə ediblər .
Ərdoğanın sözlərinə görə, Qəzza zolağında humanitar vəziyyət daha da pisləşib, ona görə də problemin həlli yolunun təcili tapılması lazımdır.
İyulun 24-də Makron bu ilin sentyabrında BMT Baş Assambleyasının iclasında ölkə hakimiyyətinin Fələstin Dövlətini rəsmən tanımaq niyyətində olduğunu bəyan edib. Onun sözlərinə görə, hazırda Qəzza zolağında hərbi əməliyyatların dayandırılması və mülki əhaliyə yardımın göstərilməsi üçün “təcili ehtiyac” var.
Daha sonra ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində yazıb ki, Amerika hakimiyyəti Fransanın Fələstini tanımaq qərarını qətiyyətlə rədd edir.