AZ

"Mançester Yunayted" və "Mançester Siti" onu hədəflədilər

PSJ klubunun qapıçısı Canluici Donnarumma kayerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın “L’Équipe”yə istinadən verdiyi məlumata görə, İngiltərənin iki nəhəngi – "Mançester Yunayted" və "Mançester Siti" italyan qolkiperi heyətinə qatmaqda maraqlıdır.

Paris təmsilçisi təcrübəli qolkiperin müqaviləsinin gələn yay başa çatacağını nəzərə alaraq onu azad agent kimi itirməmək üçün satış variantını dəyərləndirir. Bununla belə, PSJ Donnarummanı yalnız yeni qapıçı transfer etdikdən sonra buraxmaq niyyətindədir.

"Lill" klubunun qapıçısı Lyuka Şevalyenin yaxın günlərdə PSJ-yə qoşulması gözlənilir və bu, Donnarummanın transferinə yaşıl işıq yandıracaq.

2024/2025 mövsümündə Donnarumma bütün turnirlərdə 47 oyun keçirib, 43 qol buraxıb və 17 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. Transfermarkt portalı 25 yaşlı italiyalı qapıçının dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

Seçilən
24
90deqiqe.az

1Mənbələr