AZ

Prezident onun tarixə düşməsinə əngəl oldu

WBC-nin prezidenti Maurisio Suleyman dünya boksunda rekord ola biləcək hadisənin qarşısını alıb.

Publika.az xəbər verir ki, o, 12 yaşlı meksikalı boksçu Romina Kastanın peşəkar debüt döyüşünün ləğvinə nail olub Bu barədə funksioner şəxsi sosial şəbəkə hesabında məlumat verib:

“Sevinc hissi ilə bildirirəm ki, 12 yaşlı Romina Kasta sabah rinqə çıxmayacaq. WBC onun atasına məsləhət verməyə və Romina Kastanın həvəskar karyerasını dəstəkləməyə davam edəcək”.

Romina Kasta bu gecə peşəkar boksda debüt etməli idi. O, 8 yaşından boksla məşğuldur və indiyədək 50 qələbə qazanıb.

Seçilən
31
1
publika.az

2Mənbələr