AZ

Binəqədidə içməli su bir aya yaxındır küçəyə axırVİDEO

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, Gürsulu küçəsində su borusu partlayıb.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyir ki, içməli su 22 gündür küçəyə, ətrafdakı həyətlərə və yaşayış evlərinə dolub.

Sakinlər deyir ki, məsələ ilə bağlı bir neçə dəfə aidiyyəti qurumlara məlumat versələr də, hələlik heç bir tədbir görülməyib.

Məsələ ilə bağlı ilk olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxlamağa çalışdıq, lakin zənglərimizə cavab verən olmadı.

Daha sonra isə Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəsi Fərdi Ağamalıyev ilə danışdıq. O, şifahi olaraq bildirdi ki, sabah sözügedən ərazidə tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 



 

Seçilən
77
3
xezerxeber.az

5Mənbələr