İsrail müdafiə naziri İsrael Katz İranla 12 günlük müharibədə əldə edilmiş atəşkəsdən bir ay sonra İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini təhdid edib.
Paralel.az APA-ya istinadən xəbər verir ki, Katz bu barədə İsrailin cənubundakı Ramon aviabazasına səfəri zamanı danışıb.
"Mən diktator Xameneiyə mesajımı aydın şəkildə çatdırmaq istəyirəm: İsraili təhdid etməyə davam etsəniz, bizim uzun qolumuz yenidən Tehrana və xüsusən də sizə daha böyük güclə çatacaq. Təhdid etməyin, yoxsa zərər görəcəksiniz", - Katz qeyd edib.