Üç ekipaj üzvü ilə Luqovoydan havaya qalxan helikopterlə Otar ərazisində əlaqə itib.
Ajans.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb. İdarədən bildirilib ki, işlər intensiv və gecə-gündüz aparılır. Əməliyyatda 400-ə yaxın insan, 70-dən çox yerüstü texnika, 21 su gəmisi, 10 PUA, əks-səda aparatları, sualtı skaner avadanlığı, həmçinin kinoloji qruplar iştirak edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, axtarışlar çətin şəraitdə aparılır: mürəkkəb sualtı relyef, lil və palçığın çoxluğu görüntü qabiliyyətini sıfır edir. Axtarış-xilasetmə əməliyyatları yekun nəticələr əldə olunana qədər davam edəcək. Xatırladaq ki, Almatı vilayətində Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus EC-145 tipli helikopteri planlı uçuş zamanı radarlardan itib.