AZ

"Real" onu buraxmaq niyyətində deyil

Madrid “Real”ı müdafiəçi Fran Qarsiyanın transferinə icazə vermək fikrində deyil.

90deqiqe.Az-ın "Milannews.it"ə istinadən verdiyi məlumata görə, “Milan” 25 yaşlı futbolçunun transfer şərtlərini öyrənmək üçün “Real”la əlaqə saxlayıb. Lakin Madrid klubu Ferlan Mendinin fiziki durumundakı qeyri-müəyyənlik səbəbindən Qarsiyanı heyətdə saxlamaq qərarına gəlib.

Qeyd edək ki, ispaniyalı sol cinah müdafiəçisi 2024/25 mövsümündə “Real”ın heyətində 31 oyuna çıxaraq 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
30
90deqiqe.az

1Mənbələr