AZ

Paytaxtın köçürülməsi ilə bağlı Pezeşkiandan daha bir açıqlama

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Paytaxtın cənub bölgəsinə köçürülməsi təhlükəsizlik riski yaratmır".

"Unikal" xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib. Paytaxtın köçürülməsinin zəruriliyini şərh edən İran prezidenti ölkənin cənub bölgələrinin Tehran kimi şəhərlərin təhlükəsizliyini təmin edə biləcəyi məsələsinə münasibət bildirib.

“Bu gün dünyada təhlükəsizliyin tərifi və təmin edilməsi keçmişdən fərqlidir, bunu son müharibədə də gördük", - deyə pezeşkian bildirib. 

Xatırladaq ki, İran Prezidenti bir neçə gün əvvəl paytaxtın cənuba köçürülməsini təklif edib. Pezeşkian bunu iqtisadi məqsədəuyğunluqla əlaqələndirib. Prezidentin sözlərinə görə, ölkə paytaxtının Tehrandan Fars körfəzi sahillərinə köçürülməsi zərurəti yaranıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
unikal.az

2Mənbələr