AZ

Basketbol üzrə U 18 millisi: yenə məğlubiyyət

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatı B divizionu B qrupunda məğlubiyyətləri sıralamaqda davam edir.

İdman.biz xəbər verir ki, basketbolçularımız Rumıniyada keçirilən turnirdə bu dəfə Gürcüstan komandasına uduzublar - 66:82.

Rumıniya ilə ilk oyunda 34:60, Ukrayna ilə ikinci qarşılaşmada isə 67:71 hesablı məğlubiyyətlər qeydə alınıb.

3 turdan sonra Azərbaycan basketbolçuları 3 xalla sonuncu - 6-cı yerdə qərarlaşıblar.

Qeyd edək ki, U-18 millisi növbəti oyununu iyulun 29-da qrup ikincisi Portuqaliyaya qarşı keçirəcək. Matç Bakı vaxtilə 16:30-da başlayacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
1
icma.az

4Mənbələr