AZ

Gecənin əsas döyüşündə Reyniyer qalib gəldi

ain.az bildirir, Fanat portalına istinadən.

"Etihad Arena"da baş tutan "UFC Fight Night: Vitiker vs. de Ridder" turniri MMA azarkeşlərinə dolu tribunalar və yüksək tempdə keçən qarşılaşmalar təqdim edib.

Fanat.Az xəbər verir ki, ötən gecənin əsas döyüşündə niderlandlı döyüşçü Reyniyer de Ridder avstraliyalı UFC ulduzu Robert Vitiker üzərində qalib gəlib.

Beş raund davam edən qarşılaşma texniki mübarizə baxımından yüksək səviyyədə qiymətləndirilib. Hakimlərdən biri döyüşü Vittakerə versə də (47–48), digər iki hakim de Ridderin daha effektiv performans göstərdiyi qənaətinə gəlib (48–47, 48–47).

Qeyd edək ki, gecənin ən güclü performansı Muslim Səlixova aid hesab olunur. 42 saniyəyə qazandığı nokaut gecənin “Performance of the Night” mükafatına layiq görülüb.

Kamil Xudiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
fanat.az

2Mənbələr