Almaniyanın Baden-Vürttemberq əyalətində ağır dəmir yolu qəzası baş verib.
Publika.az yerli mediaya istinadla xəbər verir ki, qəza nəticəsində qatarın bir neçə vaqonu relsdən çıxaraq aşıb.
DPA agentliyi qəza nəticəsində bir neçə nəfərin həlak olması, xeyli sərnişinin xəsarət alması barədə məlumat yayıb.
“Alman Dəmir Yolları” (Deutsche Bahn) şirkətinə məxsus qatarda 100-dək sərnişinin olduğu bildirilir.