AZ

Liverpul hücumçuya 150 milyon funt sterlinq təklif etsə də...

ain.az bildirir, Sportal.az saytına əsaslanaraq.

“Nyukasl” Aleksander İsak üçün “Liverpul”un yaxın zamanda rəsmi təklif göndərəcəyini güman edir.

Sportal.az xəbər verir ki, "Daily Mail"in məlumatına görə, "Nyukasl" gələn həftə isveçli hücumçunun transferi ilə bağlı rəsmi təklif alacaqlarını gözləyir. Bu ehtimallar Luis Diasın “Bavariya”ya mümkün satışı fonunda yaranıb.

İsak özü “Liverpul”a keçmək istəyir. Lakin “Nyukasl” daxilində vəziyyətə münasibət birmənalı deyil: bəziləri mümkün qədər yüksək məbləğ əldə etməyin tərəfdarıdır, digərləri isə bütün təklifləri rədd etməyin lazım olduğunu düşünür.

Bildirilir ki, əgər “Liverpul” təxminən 150 milyon funt sterlinq təklif etsə, “Nyukasl” rəhbərliyi satışı qəbul edə bilər.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
134
19
sportal.az

10Mənbələr