AZ

Xanım jurnalistlər hədiyyə üçün top çilədi

Medianın 150 illik yubileyi münasibətilə müxtəlif qurumların təşkil etdiyi tədbirlərin ardı-arası kəsilmədi. İndiyə qədər davam edir, maşaallah. Nələr gördük, nələr. Pis mənada demirəm. Onsuz da hər il bizi yada salanlar vardı. Sağ olsunlar. Bir təbrik belə yetər bizə. Qələm adamıyıq, təntənəyə ehtiyacımız yox. 

Bayramlaşma fəslimiz demək olar ki, bitdiyinə görə, deyirəm elə bu son günlərdə başımıza gələnlərdən bəzilərini yada salım. İdman mediasından yazdığım üçün bu sahədəki tədbirlərdən daha çox xəbərim oldu. Məncə, elə məhz idman jurnalistləri üçün hazırlanan tədbirlərdən danışsam, yaxşıdı. Bunların arasında zənnimcə, ən səviyyəli və yaddaqalanı Peşəkar Futbol Liqasının (PFL) tədbiri idi ki, onlar da mənim gözümdə idman mediası ilə səmimi ünsiyyətin təminatçısı olan usta idarəçilərdi.

“Turan-Tovuz” Futbol Klubu (FK) məsələn, maraqlı tədbiri ilə kişi jurnalistləri bir araya topladı. “Kişiyana” tədbirlər ümumiyyətlə, idman mediasını yada salanların böyük qisminin seçimi oldu və bu da zənnimcə, çox zəif yanaşma idi. Futbola kişi işi kimi baxılmasının nəticəsidi, söz yox. Amma bizim yubileyimiz kişilərdən ibarət idman mediasının yibileyi deyildi ki. Niyə bəzi futbol klubları, ictimai birliklər yalnız kişilərə yönəlik tədbirlərini (futbol turnirləri və s.) nəzərdə tutmuşdu? Yaxşı, idmandan yazan xanım jurnalistləri belə ortamlara uyğun hesab eləmirsiziniz, başa düşdük. Heç olmasa, belə kobud çıxmasın, ələ salmayın da xanımları. 

Məsələn, “Qarabağ” FK-nun təşkil etdiyi tədbir nə idi, siz Allah? Yaraşdımı sizin adınıza, ədanıza?

Zülfiyyə Mustafayeva 

MİA.AZ

Seçilən
71
2
mia.az

3Mənbələr