ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
“Liverpul”un və “Çelsi”nin sabiq futbolçusu Coui Cons dünyasını dəyişib."Football-plus.az" xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Keçmiş müdafiəçi 70 yaşında vəfat edib. Onun ölüm səbəbinə aydınlıq gətirilməyib.Cons 1975-78-ci illərdə “Liverpul”un heyətində 100 oyun keçirib. O, “qırmızılar”la iki dəfə Çempionlar Kubokunun və bir dəfə UEFA Kubokunun qalibi olub. Uels yığmasının sabiq oyunçusunun “Çelsi”də 1982-85-ci illərdə çıxış etdiyini də xatırladaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.