AZ

HAMAS: Qəzza blokada altındaykən İsraillə danışıqlar mənasızdır

ain.az bildirir, Apa.az portalına istinadən.

HAMAS hərəkatının Qəzza zolağındakı lideri Xəlil əl-Həyya bəyan edib ki, İsraillə atəşkəs barədə danışıqları blokada şəraitində davam etdirməyin mənası yoxdur.

APA xəbər verir ki, bu barədə o, HAMAS-ın Telegram kanalında məlumat yayılıb.

Əl-Həyya bildirib ki, danışıqların davam etdirilməsi üçün əvvəlcə nəzarət-buraxılış məntəqələri açılmalı, Qəzzaya humanitar yardımın çatdırılması təmin olunmalıdır:“Uşaqlarımızın, qadınlarımızın və xalqımızın aclıq və soyqırımı ilə üz-üzə qaldığı blokada şəraitində danışıqları davam etdirməyin heç bir mənası yoxdur. Xalqımıza dərhal ərzaq və dərman təminatı danışıqların məqsədəuyğunluğunun yeganə ciddi və real göstəricisidir”, – deyə HAMAS nümayəndəsi vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
2
apa.az

3Mənbələr