Polşa ABŞ istehsalı olan "Abrams" tanklarının texniki xidmətini həyata keçirmək imkanına malik deyil.
APA xəbər verir ki, bu barədə Polşanın Hərbi Aviasiya Zavodunun rəhbəri Yaçek Qoşinski "Gazeta Prawna" nəşrinə müsahibəsində bildirib.
“Abrams" tankları AGT1500C tipli aviamühərriklərlə təchiz olunub və bu mühərriklər yalnız sertifikatlaşdırılmış zavodlarda ixtisaslaşmış texniki xidmət tələb edir. Təəssüf ki, bu tələblər tankların alınması qərarı verilərkən nəzərə alınmayıb”, – deyə Qoşinski vurğulayıb.