BAKI, 28 iyul. TELEQRAF
Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün ABŞ Prezidenti Donald Tramp ilə Şotlandiyadakı qolf kurortunda keçiriləcək görüşdə onu Qəzzadakı dözülməz əzabları bitirməyə təşviq edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Dauninq Stritin mətbuat katibi David Pares bildirib.
Görüş Avropa ölkələrinin Qəzzadakı vəziyyətlə bağlı artan narahatlığı və Starmerin Fransa Prezidenti Emmanuel Makronun ardınca Fələstin dövlətini tanımaq üçün daxili təzyiqlə üzləşdiyi bir vaxtda baş tutacaq.
"Baş nazir, ABŞ Prezidenti ilə Qəzzada atəşkəsin təcili təmin edilməsi, dözülməz əzab və aclığa son qoyulması və uzun müddətdir ağır şəraitdə saxlanılan israilli girovların azad edilməsi üçün daha nələr edilə biləcəyini müzakirə edəcək", - mətbuat katibi əlavə edib.