Fransız teatr və kino aktyoru Jan-Pol Dübua 74 yaşında vəfat edib. Bu barədə “Sceneweb” məlumat yayıb. Məlumatda deyilir ki, sənətkarın karyerası 40 ildən çox davam edib. O, 60 film və serialda, o cümlədən "Qurd çənəsi" (1999) və "Kədər və gözəllik" (2015) filmlərində rol alıb. Dübua teatrda karyerasına 1970-ci illərin sonlarında başlayıb. Sənətçi Vinsent Peres və Penelope Kruz ilə birlikdə çəkildiyi "Fanfan le Tulipe" (2003) macəra filmindəki rolu ilə populyarlığının zirvəsinə çatıb.
Mətləb