“Trabzonspor”a ispaniyanın “Atletiko Madrid” klubu tərəfindən gözlənilməz təklif gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki. İspaniya klubu bazar dəyəri 72 milyon avro civarında qiymətləndirilən Tomas Lemarın Qara Dəniz komandasının satın almasını istəyib.
Məlumata görə, lemarın mövqeyində bolluq yaşayan "Atletiko Madrid"in Baş məşqçisi bu mövsüm onu heyətdə görmək istəmir: "Bu səbəbdən illik 3 milyon avro maaş alan Lemardan qurtulmağa çalışırlar. Ancaq Türkiyə klubu da bu maaşı yüksək saydığından "hə" deməyib. Klub futbolçu ilə təmasa keçərək maaşından endirm istəyib. Əgər razılaşma olarsa, bu həftə bir illik müqavilə imzalanacaq"
Fərid ASLAN
MİA.AZ