AZ

Novxanıda dənizdə batan şəxslərdən biri görün kim imiş – TƏFƏRRÜAT

Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.

Busaat.az xəbər verir ki, oxu.Az-ın əldə etdiyi məlumata görə, həyatını itirənlərdən biri, 2002-ci il təvəllüdlü Arif Əsədullayev Dövlət Sərhəd Xidmətində (DSX) baş çavuş imiş.

O, suda batan 15 yaşlı yeniyetməni xilas etmək istəyərkən boğulub.

A.Əsədullayevin hərbi xidmətdən məzuniyyətə gəldiyi bildirilib.

***

Abşeron rayonunda iki nəfər dənizdə batıb.

Busaat.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Seçilən
43
15
busaat.az

10Mənbələr