AZ

Türkiyə və Suriyada zəlzələ olub

Bakı. Trend:

Suriyanın Türkiyə sərhədi yaxınlığında yerləşən Humus bölgəsindəzəlzələ baş verib.

Trend xəbər verirki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi(AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələnin 4,1 bal gücündə olduğu bildirilir.

Zəlzələnin episentri Hatayın Yayladağı rayonundan 193,37kilometrlik məsafədə qeyd alınıb, onun yeraltı ocağı isə 5,96kilometr dərinlikdə olub.

Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.

Məqalədə:
Seçilən
41
5
az.trend.az

6Mənbələr