Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Cənubi Koreyanı məyus edən bəyanat yayıb. O,Seulun dialoqu bərpa etmək təkliflərini qəti şəkildə rədd edərək, Pxenyanın Cənubi Koreya ilə hər hansı danışıqlarda "maraqlı olmadığını" bəyan edib.
"Politico" nəşrinin yazdığına görə, bu, iyun ayında vəzifəyə başlayan Cənubi Koreyanın yeni prezidenti Li Ce Myonqun administrasiyasına KXDR-in ilk rəsmi bəyanatıdır. Kim Yo Conqun açıqlamaları açıq şəkildə onu göstərir ki, Rusiya ilə tərəfdaşlıq edən rəsmi Pxenyan, yaxın gələcəkdə Cənubi Koreya və ABŞ ilə diplomatik əlaqələrə qayıtmaq niyyətində deyil.
Mətləb