AZ

Novxanı çimərliyində iki nəfər boğuldu

Bakının Novxanı çimərliyində iki nəfər boğulub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Novxanı-Pirşağı yolunun kənarında yerləşən Novxanı ictimai çimərliyində baş verib.

Rəvan Şahin oğlu Əliyev və Əli Elşən oğlu Cabbarov boğularaq ölüblər.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
9
6
axar.az

7Mənbələr